“Zvezda” telekanalının hərbi analitiki ermənilərin Ağdamda faşist taktikası həyata keçirdiyini bildirib

Aleksandr Artamonov, “Zvezda” telekanalının hərbi analitiki

© APA | Aleksandr Artamonov, “Zvezda” telekanalının hərbi analitiki

# 20 noyabr 2021 14:45 (UTC +04:00)

“Mən hərbi jurnalist kimi dağıdılmış obyektlər, şəhərlər az görməmişəm. Ancaq burada nəinki yaşayış məntəqəsi, təbiət də məhv edilməyə çalışılıb, ekosid həyata keçirilib”.
APA-nın məlumatına görə, bunu Ağdamda səfərdə olan Rusiyanın “Zvezda” telekanalının hərbi analitiki Aleksandr Artamonov bildirib.

“Zvezda” telekanalının hərbi analitiki deyib ki, işğal dövründə şəhəri məhv etmək üçün daşlarla, qəbirlərlə, abidələrlə döyüşüblər: “Bu, total şəkildə Azərbaycan xalqının izlərini silməkdir, mən burada bunu görürəm. Bu, faşist taktikasıdır. Azərbaycan Prezidenti İlham Əliyev törədilən bəşəriyyət əleyhinə cinayətlərə görə beynəlxalq məhkəməyə müraciət ediləcəyini bəyan etməkdə haqlıdır. Həmin insanlar bu torpaqlara nifrət ediblər, özləri burada yaşamaq istəməyiblər. Azərbaycan xalqı öz torpaqları uğrunda döyüşüb. İnsanlar inananda və torpaqlarını sevəndə hər şey geri qayıdır”.

Aleksandr Artamonov qeyd edib ki, Ağdam kimi normal şəhərin, böyük mədəniyyət mərkəzinin yerində sanki Pompeydə olduğu kimi vulkan püskürüb: “Ancaq təəssüflər olsun ki, bunu insanlar edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR