Azərbaycan Prezident: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”

Azərbaycan Prezident: “ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik”
# 13 aprel 2021 16:56 (UTC +04:00)

“ABŞ yox idi və biz problemi həll etdik. Biz bu vaxta qədər hələ də yeni administrasiyadan mesaj almamışıq. Heç bir mesaj, sıfır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana zəng etdiyini xatırladıb: “Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən Prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR