Azərbaycan Prezidenti: “Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”

Azərbaycan Prezidenti: “Hazırda “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq”
# 26 aprel 2021 12:10 (UTC +04:00)

“Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR