Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik məktubu göndərib
# 22 fevral 2020 16:50 (UTC +04:00)

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və dost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR