Azərbaycan Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumunda iştirak edib

Azərbaycan Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumunda iştirak edib
# 13 noyabr 2020 17:04 (UTC +04:00)

12 noyabr 2020-ci il tarixində Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumu video-konfrans formatında keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, alyansda müşahidəçi dövlət statusuna malik olan Azərbaycan 2-ci Forumun işində iştirak edib.

Forumun plenar iclasında çıxış edən AR XİN Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşad İskəndərov Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığına diqqət çəkib.

Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, müsəlman şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töhfə verəcək. Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqda məlumat verilib.

E. İskəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tarixi və mədəni abidələr qorunur və bərpa edilir. Turizm və mədəniyyət sənayesinin sülhün bərpasında rolunu qeyd edən E. İskəndərov bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR