Azərbaycan səfiri etimadnaməsinin surətini Gürcüstan XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Gürcüstan XİN başçısına təqdim edib
# 23 sentyabr 2020 18:10 (UTC +04:00)

Azərbaycanın Gürcüstana təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini Gürcüstanın Xarici İşlər naziri David Zalkalianiyə təqdim edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş zamanı XİN başçısı F. Quliyevi yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki ölkə arasındakı dostluq əlaqələrinin və strateji tərəfdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Görüş zamanı Gürcüstan-Azərbaycan əməkdaşlığının perspektivləri və hazırkı vəziyyəti müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR