Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
# 02 dekabr 2020 23:03 (UTC +04:00)

Cari ilin 2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

APA XİN-in Mətbuat Xidməti idarəsinə istinadən xəbər verir ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

Saat 21:52

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən APA-nın Msokva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR