Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
# 16 noyabr 2020 21:56 (UTC +04:00)

Bu ilin 16 noyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Saat 19:01

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər telefon danışığında Dağlıq Qarabağla bağlı və son proseslərlə əlaqədar fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR