Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq

Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq
# 14 yanvar 2021 16:48 (UTC +04:00)

"Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq".

APA-nın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, regional mərkəzin yaradılması 2021-ci il ərzində baş tutacaq, bu, bir çox ölkələri əhatə edəcək: " Əsas məqsəd ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də regional dövlətlər arasında əlaqələrin inkişafına töhfə verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR