Azərbaycanın Pakistandakı səfiri Pakistan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Pakistan parlamentinin sədri ilə görüşüb
# 08 sentyabr 2020 16:49 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə səfir Ə. Əlizadə "Twitter"də bildirib.

"Cənab Əsəd Qayserin Azərbaycan və Pakistan arasında siyasi, iqtisadi, habelə parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı səylərindən məmnunam", - səfir qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR