Azərbaycanın koronavirusla mübarizə təcrübəsini öyrənmək üçün müraciət edən dövlətlər var

Azərbaycanın koronavirusla mübarizə təcrübəsini öyrənmək üçün müraciət edən dövlətlər var
# 23 mart 2020 22:21 (UTC +04:00)

“Azərbaycan dövləti tərəfindən preventiv addımlar atılır”.

APA-nın məlumatına görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, dövlətlə bərabər, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən vəzifə var: “Xüsusi karantin rejimi hər bir vətəndaşın məsuliyyətini artırır. Sosial məsafələr və distansiyalar saxlanılmalıdır. Bu xəstəliyin hələ tibbi müalicəsi yoxdur. Ona görə də dövlətlər tərəfindən administrativ tədbirlər həyata keçirilir. Digər dövlətlər tərəfindən Azərbaycanın indiyə qədər olan təcrübəsi öyrənilir. Müxtəlif ölkələr tərəfindən artıq bizə müraciətlər olub”.

H. Hacıyev koronavirus təhlükəsi ilə mübarizdə mediaya da təşəkkür edib: “Medianın kommunikasiya qurulmasına böyük rolu var. Dövlət və medianın birgə əməkdaşlığı sayəsində vətəndaşa dolğun, düzgün məlumatlar çatdırılır. Bundan sonra da medianın bu müstəvidə əməkdaşlığı davam etdirməsi çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR