Bakının “Dünya kitab paytaxtı” elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək

Bakının “Dünya kitab paytaxtı” elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək
# 23 aprel 2021 15:09 (UTC +04:00)

Gələcəkdə Bakının “Dünya kitab paytaxtı” (World Book Capital) elan edilməsi ilə bağlı UNESCO-ya müraciət ediləcək.

APA-nın xəbərinə görə, bunu “Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu” mövzusunda keçirilən konfransda Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov deyib.

O bildirib ki, Bakı şəhərinin "Dünya Kitab Paytaxtı" nominasiyasına namizədliyinin irəli sürülməsi istiqamətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən işlər aparılır.

Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsinə 2001-ci ildə start verilib. Layihə çərçivəsində UNESCO-nun “Dünya kitab paytaxtı” Madrid şəhəri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR