Baş nazir Əli Əsədovla Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub

Baş nazir Əli Əsədovla Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub
# 18 noyabr 2020 21:33 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən yayılıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə isə tərəflər telefon danışığı əsnasında Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişaf perspektivlərini də müzakirə ediblər.

“Cənubi Qafqazda nəqliyyat rabitəsinin normallaşdırılmasına dair qərarları nəzərə alaraq dəmir yolu infrastrukturunun inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı”, - məlumatda belə deyilir.

Söhbət əsnasında hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət çəkərək ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin aktual tərəflərini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR