Belarus Prezidenti: “Azərbaycanın işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərində birgə müəssisələr yaratmağa hazırıq”

Belarus Prezidenti: “Azərbaycanın işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərində birgə müəssisələr yaratmağa hazırıq”
# 14 aprel 2021 22:26 (UTC +04:00)

“Ticari-iqtisadi sahədə əməkdaşlıq, kooperasiyanın daha yüksək mərhələsinə keçid, müştərək müəssisələr, texnologiyanın verilməsi və burada Azərbaycana lazım olan, lakin ənənəvi sovet dövründə və indi də malik olmadıqları istehsalatlar yaradılması barədə danışdıq. Buyurun, biz buraya, xüsusən işğaldan azad olunmuş və bərpa ediləcək ərazilərdə birgə müəssisələr yaratmağa hazırıq”.

APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Belarus Prezidenti ölkəsinin Azərbaycan ilə birgə, çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayaraq bildirib ki, pandemiya və postpandemiya şəraitində vəziyyətin təhlilinə xeyli vaxt sərf etdik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR