Çavuşoğlu: "Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb"

Çavuşoğlu: "Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb"
# 08 noyabr 2020 17:44 (UTC +04:00)

“Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, cənab Prezident. Biz hər zaman Bakıda və Sizin qəbulunuzda olmaqdan böyük məmnunluq hissi keçiririk. Amma bu gün xüsusilə çox məmnunuq”.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edən zaman Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib.

M.Çavuğoğlu bildirib ki, qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qədim Şuşa şəhərini işğalçı Ermənistandan geri alıb: “Beləliklə, qəhrəman Azərbaycan Ordusunu, Ali Baş Komandan olaraq Sizi və bu çətin günlərdə, xüsusilə də Ermənistanın atdığı raketlərə baxmayaraq, ayaqda dayanan, Ali Baş Komandanının və onun qəhrəman ordusunun arxasında dayanan qardaş Azərbaycan xalqını cani-qəlbdən təbrik edirik.

Hörmətli Prezidentimizin də salamlarını xüsusilə çatdırmaq istəyirəm. Belə bir əlamətdar gündə - Bayraq Günündə burada, Bakıda olmaqdan xüsusilə məmnunuq.

Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bir daha təbrik edirik, cənab Prezident”, - deyə Türkiyənin XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR