Ceyhun Bayramov: "Bugünkü müzakirələrin iki ölkə arasında dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm"

Ceyhun Bayramov: "Bugünkü müzakirələrin iki ölkə arasında dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm"
# 26 avqust 2020 14:35 (UTC +04:00)

“Azərbaycanla Rusiya arasında gündəmdə duran bütün məsələlərə dair maraqlı və faydalı müzakirələr aparılacağını gözləyirəm”.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün protokol hissəsində çıxışında bildirib.

Hazırda iki ölkə arasında 200-dən çox sazişin qüvvədə olduğunu söyləyən Azərbaycan XIN başçısı və ölkələrimiz arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb: "Bugünkü müzakirələrin iki ölkə arasında dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm”.

Sergey Lavrov isə çıxışında Ceyhun Bayramovu Azərbaycanın xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, azərbaycanlı nazirin digər vəzifələrdə təcrübəsi strateji tərəfdaşlığımızın bundan sonra da dərinləşməsini təmin edəcək: "İkitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı çox faydalı və maraqlı danışıqlar gözləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR