Ceyhun Bayramov çex həmkarını Ermənistanının humanitar atəşkəsi pozması ilə bağlı məlumatlandırıb

Ceyhun Bayramov çex həmkarını Ermənistanının humanitar atəşkəsi pozması ilə bağlı məlumatlandırıb
# 15 oktyabr 2020 17:20 (UTC +04:00)

2020-ci ilin 15 oktyabr tarixində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Çex Respublikasının Xarici İşlər naziri Tomas Petriçek arasında telefon danışığı bağ tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinindən APA-ya bildirilib ki, Nazir Ceyhun Bayramov çexiyalı həmkarına Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi barədə məlumat verib. Münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması, Gəncəyə raket hücumu və onun ağır nəticələri Çex Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 43 mülki şəxsin həyatı itirdiyi və 218 mülki şəxsin yaralandığı vurğulanıb.

Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına və infrastrukturlarına qarşı növbəti raket hücumlarının qarşısının alındığı barədə məlumat verib, Azərbaycanın özünü müdafiə etmə hüququ çərçivəsində hərəkət etdiyi vurğulanıb. Bölgədəki mövcud vəziyyət üçün tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd olunub.

Tomas Petriçek mülki insanların ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. O, atəşkəsə riayət olunmasının və tərəflər arasında danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR