Deputat: “Prezidentin çıxışı Fransa və ABŞ siyasətçilərinə cavab idi”

Deputat: “Prezidentin çıxışı Fransa və ABŞ siyasətçilərinə cavab idi”
# 27 aprel 2021 11:31 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışında mötəbər kürsüdən Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırdı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu, Fransa və ABŞ siyasətçilərinə cavab idi: “Azərbaycanın mülki əhalisinə qarşı ermənilərin törətdiyi soyqırımları bu siyasətçilərin gözünün önündə olub. Yaxşı olar ki, qondarma soyqırımından danışanlar bu məsələlərə də öz münasibətini bildirsinlər. Prezident İlham Əliyev də Azərbaycanın Türkiyənin yanında olduğunu Ərdoğana çatdırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR