Elin Süleymanovun Amerika Yəhudi Komitəsinin nümayənədləri ilə onlayn görüşü keçirilib

Elin Süleymanovun Amerika Yəhudi Komitəsinin nümayənədləri ilə onlayn görüşü keçirilib
# 11 sentyabr 2020 05:00 (UTC +04:00)

ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee – AJC) təşəbbüsü ilə səfir Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AJC nümayənədləri ilə onlayn görüşükeçirilib.

APA xəbər verir ki, müzakirələr zamanı səfir Süleymanov Azərbaycanın tarixinə nəzər salaraq burada müxtəlif xalqların nümayəndələrinin bərabər yaşadığını və mədəniyyətlərin müxtəlifliyi barədə qeyd edərək, bu xüsusda Azərbaycan, yəhudi xalqların dostluğun dərin köklərinin olması, bunun da mədəniyyətlərə təsirini, bir çox sahələrdə proqram mübadiləsinin aparılması, Azərbaycanda antisemitizmin olmaması, həmçinin İsrailin Azərbaycanın enerji layihələrindən faydalandığını bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın müsəlman əksəriyyətinin yaşadığı ölkə olaraq İsrail ilə digər ölkələr arasında müsbət əlaqələrin qurulmasında xüsusi rolu oynayır və örnək göstərməkdədir. ABŞ ilə münasibətlər haqqında məlumat verən səfir müvafiq olaraq enerji, iqtisadi, tibb, kənd təsərrüfatı, texnologiya sahələrində əməkdaşlığı da vurğulayıb.

Bununla belə Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində həmin ərazidə etnik təmizləmənin baş verdiyi və Ermənistan-Azərbaycan münaqişəsinin regionumuzun gələcəyinə əsas təhlükə, təhdid olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, İsrail dövlətini davamlı olaraq beynəlxalq və müxtəlif qeyri-hökumət təşkilatlar tərəfindən tənqid olunduğu halda, eyni təşkilatların Ermənistanın Azərbaycan torpaqlarının işğalı və etnik təmizlənmə barədə məlumatlar işıqlandırmaqdan çəkinirlər. Bu da ikili standartların bariz nümunəsidir.

Elin Süleymanov cari ilin 12 iyul tarixində Azərbaycanın Ermənistanla sərhəddində baş vermiş hadisələr haqqında ətraflı məlumat verib və bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur layihələrinin keçməsinin təsadüf olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, 21 iyul tarixində Los-Anceles şəhərində Azərbaycan icması üzvlərinə qarşı törədilmiş erməni icması tərəfindən nifrət zəminində törədilmiş aktları AJC tərəfindən pislənmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR