Erkan Özoral: "Bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcəyik"

Erkan Özoral: "Bundan sonra da Azərbaycana dəstək verməyə davam edəcəyik"
# 27 sentyabr 2020 15:26 (UTC +04:00)

“Ermənistan tərəfi bu səhər həyata keçirdiyi son hücumlarla səbr daşını çatladıb. Əlbəttə, hər səbrin sonu var. Azərbaycan da bu təcavüzkar hücum qarşısında lazım olan cavabı verməyə başlayıb”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Türkiyə Ermənistan tərəfinin təcavüzkar hücumlarını şiddətlə qınayır: “Azərbaycanın hər zaman yanında olduğumuzu bir daha vurğulayırıq. Bu gün prezidentlərimiz də telefonla danışdılar. Eyni zamanda, Türkiyədən müxtəlif rəsmilər bütün səviyyələrdə bəyanatlar və açıqlamalar yayaraq Azərbaycanın yanında olduğumuzu vurğulayırlar. Əlbəttə ki, qardaşımızın hər zaman yanında olduq və bundan sonra da Azərbaycana dəstəyimizi verməyə davam edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR