Fransa səfiri Naxçıvan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Fransa səfiri Naxçıvan nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 12 aprel 2021 12:55 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Fransa səfiri “Twitter”də bildirib.

Səfir qeyd edib ki, görüşdə onun Naxçıvana səfərinin hazırlığı da müzakirə olunub.

“Naxçıvan haqqında çox eşitmişəm və bölgəni kəşf etməyi səbirsizliklə gözləyirəm”, - deyə fransalı diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR