Fuat Oktay: "Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyə hazırıq"

Fuat Oktay: "Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyə hazırıq"
# 06 noyabr 2020 21:12 (UTC +04:00)

"Öz müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı belə deyib.

F.Oktay bildirib ki, Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır: "Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR