Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın iclası Tbilisidə keçiriləcək

Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın  iclası Tbilisidə keçiriləcək
# 05 may 2021 11:02 (UTC +04:00)

Gürcüstan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiya komissiyasının növbəti iclası yaxın gələcəkdə Tbilisidə keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

Səfir qeyd edib ki, komissiyanın iki il əvvəl Bakıdakı iclasından sonra Tbilisidə görüşün keçirilməsi planlaşdırılıb, lakin pandemiya səbəbi ilə bu mümkün olmayıb.

Diplomat məsələnin iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq əlaqələrinə uyğun şəkildə həllini tapacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR