Gürcüstan prezidenti: “Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”

#
# 20:37
24 sentyabr 2020

“İkitərəfli sərhəd komissiyasının yaradılmasında iştirak etməyimdən qürur duyuram”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün "Twitter" hesabımda yazdığı paylaşımında qeyd edib. 

Prezident bildirib ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası tezliklə başa çatdırılmalıdır: “Mən Xarici İşlər naziri olduğum zaman ikitərəfli sərhəd komissiyasının qurulmasında iştirak etmiş şəxslərdən biri olmağımdan qürur duyuram. Bu proses başa çatdırılmalıdır. Bu ortaq milli maraqlarımıza xidmət edir”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR