Gürcüstanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB

Gürcüstanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
# 05 may 2021 17:09 (UTC +04:00)

Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

APA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

***

15:58

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, Baş nazir İrakli Qaribaşvili ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR