Hikmət Hacıyev: “Ermənistanla danışıq aparılır ki, heç olmasa, öz cəsədlərini qaytara bilək”

Hikmət Hacıyev: “Ermənistanla danışıq aparılır ki, heç olmasa, öz cəsədlərini qaytara bilək”
# 28 oktyabr 2020 15:46 (UTC +04:00)

“Ermənistan humanitar atəşkəs istəməklə öz çirkin niyyətlərini gerçəkləşdirmək, insanların arasında maksimum dərəcədə təşvişə səbəb olmaq istəyir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi bildirib ki, onlar buna heç vaxt nail ola bilməyəcəklər: “Azərbaycan tərəfi 3 dəfə humanitar atəşkəslə bağlı danışıqlar aparıb. Amma biz görürük ki, hər dəfə humanitar atəşkəslə bağlı razılıq olduğu halda onlar növbəti dəfə daha sərt və qəddar addımlar atırlar. Moskvada əldə olunan razılığa, bütün öhdəliklərə baxmayaraq, onlar Gəncə şəhərinə ballistik raket atdılar. Sonra Parisdən də humanitar atəşkəslə bağlı təklif gəldi. Vaşinqtonda da humanitar atəşkəslə bağlı razılaşmadan sonra bunlar eyni addımları atdılar. Azərbaycan həqiqətən də humanitar atəşkəslə bağlı müzakirələri aparmağa hazır idi. Konkret olaraq həmin ərazilərin boşaldılması barədə söhbətlər aparılmalı idi. Amma biz yenidən gördük ki, onlar öhdəliklərə əməl etmirlər. Heç bir hərbi təyinat nöqtəsi olmayan Bərdə şəhərinə hücum etdilər. Eyni zamanda silahlı qüvvələrinin qeyri-proporsional silahdan istifadə hallarını görmüşük. Biz dünən birtərəfli şəkildə Azərbaycan tərəfdə qalan erməni hərbçilərin Ermənistana verilməsinə razı olduğumuzu bəyan etmişik. Onlar heç öz vətəndaşlarını da götürmək istəmədilər. Biz Qırmızı Xaç Komitəsi ilə bu vəziyyəti dəyərləndiririk. Rusiya da öz kanallarından istifadə edərək Ermənistanla danışıq aparır ki, heç olmasa, biz Ermənistana öz cəsədlərini qaytara bilək. Mənim həm Rusiya Səfirliyi, həm də hərbi attaşe ilə təmaslarım olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR