Hulusi Akar: “Qətiyyən “erməni soyqırımı” olmayıb”

Hulusi Akar: “Qətiyyən “erməni soyqırımı” olmayıb”
# 03 may 2021 10:36 (UTC +04:00)

“Qətiyyən “erməni soyqırımı” olmayıb. Tarixdə bu açıq və dəqiq şəkildə yazılıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1915-ci il hadisələrinə dair deyib.

O bildirib ki, siyasətçilər tarixçilik edə bilməz.

“Amerikalıların milli arxivləri var. Orada bu məsələ ilə bağlı bir xeyli sənəd var. Amerikalılar, ingilislər o sənədlərdə çox açıq və dəqiq şəkildə deyirlər ki, “türklər və ermənilər 500 ildir bərabər yaşayırlar, əgər biz qarışmasaq, bu nizamı pozmasaq 500 il daha bərabər yaşayarlar”. Sənəd açıqdır”, - deyə türkiyəli nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR