Hyustonun mərkəzində "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib

Hyustonun mərkəzində "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib
# 12 oktyabr 2020 20:03 (UTC +04:00)

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR