İran səfirliyi: “Günahsız insanlara, şəhərlərə hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

#
# 12:41
17 oktyabr 2020

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

APA-nın məlumatına görə, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır: “Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR