İtaliya Dağlıq Qarabağda əldə olunan atəşkəsə tam əməl olunacağına ümid edir

İtaliya Dağlıq Qarabağda əldə olunan atəşkəsə tam əməl olunacağına ümid edir
# 11 noyabr 2020 19:10 (UTC +04:00)

“İtaliya Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir”.

APA xəbər verir ki, bu barədə İtaliya XİN-in açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, İtaliya tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır.

“Bu xüsusda, İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya Minsk Qrupunun bir üzvü olaraq, münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcəkdir. İtaliya, həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, - deyə açıqlamada qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR