Kuba Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Kuba Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
# 21 may 2020 16:26 (UTC +04:00)

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR