Li Litzenberger: “Enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin edib”

Li Litzenberger: “Enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin edib”
# 19 avqust 2020 17:34 (UTC +04:00)

“Mühüm infrastrukturun qorunmasının vacib hissəsi olaraq mən Azərbaycanda intellektual mülkiyyət hüquqlarının müdafiəsinin gücləndirilməsi məsələsini dəfələrlə vurğulamışdım. Amerika Ticarət Palatası bizə söz verib ki, qurumun üzv şirkətləri yalnız lisenziyalaşdırılmış proqramlardan istifadə edəcək. Lakin bu sahədə görüləsi çox işlər var”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger 2020-ci ilin Regional Enerji Təhlükəsizliyinə dair simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, kibertəhlükəsizlik enerji infrastrukturunun təhlükəsizliyinin vacib elementidir.

ABŞ səfiri vurğulayıb ki, Birləşmiş Ştatlar məhz bu sahəyə külli miqdarda vəsait xərcləməyə davam edir: “Biz Azərbaycanı intellektual mülkiyyət hüquqlarının təmin olunması və potensial hücumlara qarşı sistemini gücləndirilməsi məsələlərinə prioritetlə yanaşmağa çağırırıq.

Sonda qeyd etmək istəyirəm ki, enerji sektorunun inkişafı Azərbaycanın transformasiyasını təmin edib və dövlətin liderləri və siyasətçiləri mürəkkəb coğrafi və enerji mühitində fəaliyyət göstərərək bugünkü uğuru əldə ediblər. Birləşmiş Ştatlar dünyada etibarlı enerji təchizatçısı rolunu inkişaf etdirən Azərbaycana öz dəstəyini verməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR