Litva XİN başçısı: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”

Litva XİN başçısı: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”
# 30 aprel 2021 13:52 (UTC +04:00)

“Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq”.

APA xəbər verir ki, bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Litvalı nazir bildirib ki, ikitərəfli iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün potensial böyükdür: “Azərbaycan Litvanın Qaqzada ən böyük ticarət tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq”.

Gabrielius Landsbergisin sözlərinə görə, münaqişədən sonrakı vəziyyətlə tanış olub: “Kənardan baxanda daxildə olanları başa düşmək asan deyil. Avropa qurumlarının münaqişədən sonrakı prosesdə iştirakı üçün imkanlar var. Bu, yalnız münaqişədən əziyyət çəkmiş insanlara humanitar yardımla bağlı deyil, həm də sülh və barışığın əldə olunması ilə bağlı prosesdə vasitəçilik, mediasiya ilə bağlıdır. Əgər tərəflər də istəyərsə, Litva bu proseslərə dəstək verməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR