Londonda Azərbaycanın qələbəsi təntənə və coşqu ilə qeyd edilib - FOTO

Londonda Azərbaycanın qələbəsi təntənə və coşqu ilə qeyd edilib - FOTO
# 11 noyabr 2020 03:56 (UTC +04:00)

Londonda yaşayan soydaşlarımız şanlı ordumuzun Qarabağdakı qələbəsini coşqu ilə qeyd edib.

APA-nın Britaniya müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın Britaniyadakı Səfirliyi önündə toplaşan soydaşlarımız qələbə münasibətilə bir-birilərini təbrik ediblər. Daha sonra icma üzvləri Azərbaycan himnini səsləndiriblər.

Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycan həqiqətlərinin Britaniya və dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri misilsiz xidmətə görə Britaniya azərbaycanlılarına təşəkkürlərini bildirib, onları bu gözəl gün münasibətilə təbrik edib.

Daha sonra soydaşlarımız “London Eye” istiqamətində avtoyürüş edərək, Londonun mərkəzi küçələrində Azərbaycan bayraqlarını nümayiş etdiriblər.

“London Eye”ın önünə gələn icma üzvləri milli mahnılar sədası altında rəqs ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR