Matviyenko: “Rusiya və Azərbaycanın beynəlxalq meydanlarda əməkdaşlığından məmnunuq”

Matviyenko: “Rusiya və Azərbaycanın beynəlxalq meydanlarda əməkdaşlığından məmnunuq”
# 22 sentyabr 2020 18:57 (UTC +04:00)

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O, iki dövlətin başçılarının arasında olan qarşılıqlı anlaşma və xüsusi etibarlı münasibətlər olduğunu, məhz liderlərin iki ölkənin gündəmini müəyyən etdiklərini və ikitərəfli münasibətlərə ton verdiklərini bildirib: “Müntəzəm olan yüksək səviyyədə dialoqdan başqa parlamentlər, dövlət strukturları və ictimai institutlar arasında işgüzar təmaslar mövcuddur. Hər şeydən öncə, parlamentlərarası əməkdaşlıq barədə demək istəyirəm ki, bu əlaqələr ardıcıl inkişaf edir”.

V. Matviyenko iki ölkənin beynəlxalq meydanlarda əməkdaşlığından məmnunluq ifadə edib. Onun sözlərinə görə, iki ölkə MDB, ATƏT, AŞPA və QDİƏT Parlament Assambleyaları çərçivəsində əməkdaşlığı inkişaf etdirir: “Ümid edirik ki, noyabrda MDB Parlamentlərarası Assambleyanın növbəti iclasını əyani formada keçirəcəyik. Qiyabi təmaslar davam edir. Lakin əyani formada görüşlərə ehtiyac var. Ümid edirik ki, Assambleyanın Sankt-Peterburqda keçiriləcək növbəti iclasında siz də iştirak edə biləcəksiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR