Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin açılması təklif olunub

Milli Məclisdə Azərbaycanın İsraildə səfirliyinin açılması təklif olunub
# 30 sentyabr 2020 11:56 (UTC +04:00)

“Xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, İsraildə də bizim səfirliyimizin açılması çox vacibdir.

Deputat Fəzail Ağamalı deputat həmkarını dəstəkləyib: “İsrail bizim ən yaxşı tərəfdaşlarımızdan biridir. İsraildə də səfirliyimizin açılmasının tərəfdarıyam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR