Milli Məclisdə də İƏTPA-nın bir şöbəsi yaradılacaq

Milli Məclisdə də İƏTPA-nın bir şöbəsi yaradılacaq
# 27 aprel 2021 12:21 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında təsdiq olunmaq üçün müzakirəyə çıxarılan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsində əksini tapıb.

Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir.

Sənədə əsasən, Assambleya İƏT-ə üv ölkələrin milli parlamentlərini təmsil edən –spikerlər-sədrlər və deputatlardan ibarət olmalıdır. Hər bir parlamentdə Assambleyanın bir şöbəsi yaradılır və parlamentin spikeri/sədri müvafiq olaraq bu bölmənin rəhbəri olur. Sədr tərəfindən təyin edilən baş katib və ya istənilən digər rəsmi şəxs bu bölmənin katibi olur.

Beləliklə, Nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də Assambleyanın bir şöbəsi yaradılmalıdır.

Nizamnamədə bildirilir ki, ümumi konfransın təsdiqləməsi ilə istənilən digər bir parlament və ya təşkilata müşahidəçi statusu verilir.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR