Mixail Qusman Mehriban Əliyevaya təbrik ünvanlayıb

Mixail Qusman Mehriban Əliyevaya təbrik ünvanlayıb
# 26 avqust 2020 17:22 (UTC +04:00)

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin səmərəli fəaliyyətiniz, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər həyat sahələrinin inkişafına qiymətli töhfəniz Azərbaycan Respublikasının firavanlığını ilbəil artırır. Sizin enerjiniz və məqsədyönlülüyünüz sayəsində Azərbaycan xalqının mədəni irsi bütün dünyaya məlumdur, Azərbaycan ilə Rusiya arasında dostluq və qarşılıqlı anlaşma isə möhkəm və etibarlıdır.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza səmimi qəlbdən tükənməz enerji, nikbinlik, uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm. Qoy, bütün arzularınız həyata keçsin, bütün təşəbbüsləriniz uğurlu olsun. Azərbaycan xalqına sülh və xoş günlər diləyirəm!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR