Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib

Mövlud Çavuşoğlu Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib
# 01 may 2021 15:17 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, M. Çavuşoğlu “Twitter” hesabından etdiyi paylaşımında yazıb: “Can Azərbaycanın gənclik və idman naziri Azad Rəhimov qardaşımın vəfatını böyük üzüntüylə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbir və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”.

Qeyd edək ki, uzun müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR