Mübariz Qurbanlı: "Bu günü hər bir azərbaycanlı bayram kimi qeyd edir"

Mübariz Qurbanlı: "Bu günü hər bir azərbaycanlı bayram kimi qeyd edir"
# 10 noyabr 2020 14:42 (UTC +04:00)

"Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ildir işğal altında olan Dağlıq Qarabağı işğaldan azad edib. Bu günü hər bir bölgədə, dünyada harada olmasından asılı olmayaraq hər bir azərbaycanlı bayram kimi qeyd edir".

APA-nın məlumatına görə, bunu "Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, İslamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü" mövzusunda beynəlxalq konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, torpağı işğala məruz qalan hər bir xalq bu torpağın hansı nemət olduğunu bilir: "İslam Əməkdaşlıq Təşkilatı 51 ildir mövcuddur, onlar islam dünyasını birləşdirmək üçün çox böyük işlər görülüb. İƏT Ermənistanın Azərbaycana təcavüzü məsələsində hər zaman yanımızda olub. İƏT-in Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərar və qətnamələr hüquqi baza rolunu oynayıb. İƏT sonuncu mücadiləmizdə də dəstəyini əsirgəmədi, eyni zamanda Türkiyə, Pakistan, İranın dəstəyini qeyd etmək istəyirəm. Ümumilikdə bütün islam ölkələri bizə dəstək göstərib. 30 il torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışdıq. Amma Ermənistan bu çağırışlara əməl etmədi, nəticə də onun üçün acınacaqlı oldu". M.Qurbanlı Qoşulmama Hərəkatının da dəstəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR