Mustafa Rifat: “Azərbaycan Ordusunun uğurları Türk dünyasını qürurlandırır”

Mustafa Rifat: “Azərbaycan Ordusunun uğurları Türk dünyasını qürurlandırır”
# 02 noyabr 2020 13:24 (UTC +04:00)

“Bir il aradan sonra can Azərbaycandayam. Ermənistanın hücumlarına qarşı qəhrəmanca dirənən və hücumlara qarşı vuruşan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan Azərbaycan Ordusuna müvəffəqiyyət arzulayıram”.

APA-nın məlumatına görə, bunu “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusuna həsr olunmuş Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərlərinin növbədənkənar iclasında çıxışı zamanı Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib.

O bildirib ki, bu gün iş dünyasının təmsilçisi kimi, Ermənistanın hücumlarına qarşı Azərbaycana dəstək vermək üçün buradadırlar: “Cənab İlham Əliyevə də həmrəylik və dəstəyimizi ifadə etmək fürsəti tapdıq. Ermənistanın hücumları nəticəsində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun uğurları bütün Türk dünyasına qürur verməkdədir.

Biz Azərbaycanla əlaqələrə iki dövlət, bir millət anlayışı ilə baxırıq. Bu savaşdan Azərbaycan xalqının dastan yazaraq çıxacağına ürəkdən inanıram. Qəlbimiz və dualarımız sizinlədir. Yanınızdayıq. Qarabağ Azərbaycandır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR