Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”

#
# 13:43
30 aprel 2021

“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: “Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Həmin şəxslərin əməlləri ilə bağlı araşdırmalar davam edir və onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR