Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək

Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək
# 17 noyabr 2020 21:18 (UTC +04:00)

ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.

APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə məlumat verib.

O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək.

Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR