Pavel Yelizarov Prezident İlham Əliyevi Qələbə münasibətilə təbrik edib

Pavel Yelizarov Prezident İlham Əliyevi Qələbə münasibətilə təbrik edib
# 13 noyabr 2020 16:57 (UTC +04:00)

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Yelizarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Sizə və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətənlər üçün böyük Qələbə günü münasibətilə səmimi təbriklərimizi bildirirəm.

Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.

Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadıq”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR