Pompeo: "ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır"

Pompeo: "ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır"
# 17 noyabr 2020 22:56 (UTC +04:00)

"ABŞ Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair atəşkəs razılaşmasını alqışlayır".

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun ABŞ-ın Gürcüstandakı səfirliyinin “Facebook” hesabında paylaşılan bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ gərginliyin başladığı ilk günlərdən çoxlu insan itkisi ilə nəticələnən hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

Bəyanatda hərbi əməliyyatlar zamanı həlak olanların yaxınlarına başsağlığı verilib və tərəflərə bir daha beynəlxalq hüququn öhdəliklərinə, həmçinin, beynəlxalq humanitar qanunlara hörmət etməsi barədə çağırış edilib.

Qeyd edək ki, bu gün ABŞ Dövlət Katibi Mayk Pompeo Gürcüstanda iki günlük rəsmi səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR