Prezident İlham Əliyev slovakiyalı həmkarına təbrik ünvanlayıb

Prezident İlham Əliyev slovakiyalı həmkarına təbrik ünvanlayıb
# 31 avqust 2020 15:37 (UTC +04:00)

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR