Prezident İlham Əliyevin BMT BA-nın koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib

Prezident İlham Əliyevin BMT BA-nın koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib
# 19 noyabr 2020 14:27 (UTC +04:00)

“Koronavirusla mübarizə sahəsində tədbirlər çərçivəsində Prezident İlham Əliyev BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar təşəbbüs irəli sürüb. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, iyul ayından sessiya İşçi qaydada fəaliyyətə başlayıb: “Bu müddət ərzində koronavirusa qarşı xüsusi sessiyanın modallıqları müəyyən olunub. Artıq bu xüsusi sessiyanın ali səviyyədə ümumi müzakirələr çərçivəsində olan seqmentinin 3-4 dekabr tarixində BMT-də keçirilməsi nəzərdə tutulub. Burada BMT Baş Assambleyası çərçivəsində olan məqamlar da nəzərə alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR