Putin: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək" - YENİLƏNİB

Putin: "Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək" - YENİLƏNİB
# 22 oktyabr 2020 20:44 (UTC +04:00)

"Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib .

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

***

20:14

"Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda onlayn çıxışı zamanı deyib.

“Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır. Bizim üçün orada insanların həlak olması faciədir”, - deyə Rusiya prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR