Qazaxıstanın daha 18 vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb

Qazaxıstanın daha 18 vətəndaşı Azərbaycandan ölkələrinə yola salınıb
# 04 sentyabr 2020 15:32 (UTC +04:00)

COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu öıkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğ kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağıı virusa qarşı testdən keçib və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda #karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 228 Qazaxıstan vətəndaşı və 142 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR