Qazaxıstanlı politoloqlarla azərbaycanlı həmkarları arasında görüş olub - FOTO

Qazaxıstanlı politoloqlarla  azərbaycanlı həmkarları arasında görüş olub - FOTO
# 12 noyabr 2020 22:03 (UTC +04:00)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərlə yaxından tanış olmaq və Azərbaycana dəstək ifadə etmək məqsədilə ölkəmizə gələn qazaxıstanlı politoloq, ekspert və jurnalistlərdən ibarət qrupla Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində görüş keçirilib.

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qonaqlara münaqişənin tarixi və mövcud vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşmanın detalları barədə ətraflı məlumat verib.

Millət vəkili, politoloq Rasim Musabəyov və digər ekspertlər mövzu ilə bağlı fikirlərini bölüşüb və qonaqları maraqlandıran sualları cavablandırıblar.

Qazaxıstanlı politoloqlar qələbə münasibətilə təbriklərini çatdırıb və Qələbəyə aparan çətin yolda qardaş qazax xalqının Azərbaycanın yanında olduğunu, mediada və sosial şəbəkələrdə böyük dəstək müşahidə edildiyini bildiriblər.

Görüşdə Qazaxıstan və Azərbaycan politoloqlarının, jurnalistlər və ictimai fəalların əməkdaşlığını genişləndirmək, informasiya mübadiləsinin intensivliyini və səmərəliliyini artırmaq, ortaq müakirə platformalarının təşkilini həyata keçirmək istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində qazaxıstanlı ekspertlərin bir sıra görüşləri, Gəncə və Bərdə şəhərlərini ziyarəti nəzərdə tutulur.

Azərbaycanın Qazaxıstadakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər noyabr ayının 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR